Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır

Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır


Newscenter.az.25.04.2019. "Getdikcə zaman əleyhinə işlədiyi Əli Kərimli bu dəfə ümidini may ayına bağladı. Azərbaycan hökumətinin Avropa İttifaqı ilə saziş qabağı növbəti şousunu göstərərək öz ağlınca hakimiyyəti çətin duruma salmaq niyyətindədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli səsləndirib. Onun sözlərinə görə, maraqlı məsələ ondadır ki, anti-qərb qüvvələri ilə əməkdaşlıq edən Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır:

"Əslində onun indiki mövqeyi Azərbaycanın Avropa ilə inteqrasiyası yolunda aparılan siyasətə qarşı bir mövqedir. Görünür burada anti-qərb qüvvələri Əli Kərimlinin maddiyat və vəzifə hərisliyindən yararlanaraq onu bu dönəmdə alət kimi istifadə edirlər. Təəssüflər olsun ki, Əli Kərimli siyasi həyatında dəfələrlə belə siyasi alət rolunu oynamışdır. Öz lideri Əbülfəz Elçibəyə qarşı da məhz ona verilən yüksək vəzifə vədlərinə aldanaraq pul xatirinə xəyanət etmişdir. Xəyanət xəyanəti gətirər prinsipi Kərimlinin siyasi kimliyinə artıq son qoyub".
Xəbəri paylaş