Neewscenter.az.25.04.2019. Lənkəranda daha bir nəfər it dişləməsi ilə xəstəxanaya gətirilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 1990-cı il təvəllüdlü Abbasov Anar Zakir oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bununla da quduz itlərin dişləməsi zamanı xəsarət alanların sayı 10 nəfərə çatıb. Qeyd edək ki, daha əvvəl 9 nəfər xəstəxanaya gətirilib.
Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.