Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkotik alverçilərinin təlim keçdiyi tutuquşu saxlanıldı

Narkotik alverçilərinin təlim keçdiyi tutuquşu saxlanıldı


Newscenter.az.25.04.2019. Braziliya polisi yerli narkotik alverçilərinin öyrətdiyi tutuquşunu saxlayıb.

Bu barədə "Newcenter.az" "The Guardian"a istinadən xəbər verir.

Bildirilir ki, polislər narkotik alverçilərinin tutulması ilə bağlı reyd keçiriblər. Asayiş keşikçiləri narkotik alverçilərinin evinə yaxınlaşdıqda, quş "Ana, polis!", – deyə qışqırıb.

Polis əməkdaşları güman edirlər ki, tutuquşu qanun qoruyucularının yaxınlaşması haqqında xəbərdarlıq etmək üçün xüsusi olaraq öyrədilib. Quşun saxlanılmasından sonra onun yanından bir çox polis əməkdaşları keçib. Amma tutuquşu bu zaman hər hansı səs çıxarmayıb. Baytar da həmçinin təsdiq edib ki, quş daha əvvəl hər hansı təlim görməyib.

Tutuquşu heyvanat parkına göndəriləcək və üç ay orada qalacaq. Parka ona uçmağı öyrədəcəklər, sonra isə quş azadlığa buraxılacaq.
Anar Tağıyev
Xəbəri paylaş