Newscenter.az.26.04.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Hava limanı yol qovşağından Böyük şor yol qovşağınadək (hər iki istiqamət) olan hissədə 26, 27 və 28 aprel tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00-dək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bundan başqa Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 26 və 27 aprel tarixlərində axşam saat 22:00-dan səhər saat 6:00-a kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərinin aparılması nəzərdə tutulur.
Bu səbəbdən sürücülərdən qeyd olunan tarixlərdə dı çəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar