Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban xanımın göstərişindən sonra İçərişəhərdə əməli fəaliyyətə başlanılıb

Mehriban xanımın göstərişindən sonra İçərişəhərdə əməli fəaliyyətə başlanılıb


Newscenter.az.26.04.2019. "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İçərişəhərə səfərini əks etdirən video görüntüləri izlədim. Çox səmimi şəkildə vətandaşlarla söhbəti, jurnalistlərin suallarını cavablandırması həqiqətən əsl bir dövlət rəhbərinə yaraşan kimi idi. Mehriban xanım əsl qərb liderləri kimi zidiyyət yaradan məsələ ilə birbaşa yerində tanış oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Zeynal Əmralıyev səsləndirib. O, qeyd edib ki, Mehriban xanım heç bir qala bürcünün dağıdılmasına imkan verməyəcəyini bildirməklə yanaşı, həm də qalalara bitişik restoranların da ordan kənarlaşdırılması barədə gösdəriş verdi:
Mehriban xanımın göstərişindən sonra İçərişəhərdə əməli fəaliyyətə başlanılıb

"Jurnalistin "qala divarı dağıdılacaqmı" sualına isə Birinci vitse-prezident çox yerində cavab verdi. "Nə dağıdılır? Necə dağıdılır? Siz nə danışırsız? Əlbəttə dağıdıla bilməz". Birinci vitse-prezident ancaq ərazidə yüngül qidalar verən obyektlərin qalması, qalaya bitişik olan nə obyekt varsa dərhal ordan uzalaşdırılması barədədə gösdəriş verdi".

Zeynal Əmralıyev qeyd edib ki, Mehriban xanımın İçərişəhərə gəlişindən sonra ərazidə ciddi işlər görülməyə başlanılıb:

"Bir müddət əvvəl həmin ərazidəydim. Mehriban xanımın gösdərişindən sonra deyəsən əməlli fəaliyyətə başlanılıb. Ərazidəki restoranlarda əvvəlkindən fərqli olaraq nə səs-küylü musiqi səslərini, nə də o kabab iyini hiss etmədim. Bütün qurum rəhbərləri bu hadisədən ibrət dərsi götürməlidir. İsti kabinetlərdən idarəetmə olmur. İdarəetmə belə olmalı, hadisə ilə yerində tanış olub elə yerindəcə qərar verilməlidir. Bu məsələ ilə bağlı belə möveyinə görə hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm".
Xəbəri paylaş