Newscenter.az.27.04.2019. "The Wonderful Wizards of Youth Work” Youth for Exchange and Understanding beynəlxalq təşkilatının təşkilatçılığı və Avropa Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən uzunmüddətli layihədir. Layihənin məqsədi gənclərlə iş sahəsində, həmçinin qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatlarda tətbiqinin təbliğ olunmasıdır. Layihədə “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı iştirak edib.
Newscenter.az-a İctimai Birlikdən verilən məlumata görə, layihə üç beynəlxalq fəaliyyətdən ibarətdir: “Follow the Quality Youth Work Road” adlanan 1-ci mərhələ 12-19 aprel tarixlərində Belçikanın paytaxtı Bürüssel şəhərində keçirilib. Bu mərhələdə gənclər sahəsində çalışanlar qeyri-formal təhsilin keyfiyyətinin artırılması və gənclərin ümumi iş prosesi haqqında müzakirələ aparıblar. “Adventures in Emerald City- Training of youth work providers” mərhələsi 10-17 iyun tarixində Serbiyanın Novi Sad şəhərində keçiriləcək. Bu mərhələdə iştirakçılar əməkdaşlıq fəaliyyətinin qurmaqla bağlı təlimlərdə iştirak edəcəklər. Sonuncu mərhələ isə 15-22 sentyabr tarixlərində İspaniyanın Mollina şəhərində Gənclər və İnkişaf üzrə Universitetdə (the University on Youth and Development) təşkil olunacaq.
Layihənin iştirakçıları yalnız YEU-nun beynəlxalq təşkilat kimi inkişaf etməsinə deyil, həm də onlar təmsil etdiyi təşkilatların inkişafına dəstək verəcəklər. Ümumilikdə götürdükdə layihənin məqsədinə qeyri-formal təhsil metodları haqqında yenidən düşünülməsi və inkişafı yollarının tapılması, YEU-nun üzv təşkilatları arasında təcrübə mübadiləsi aparmaq, təşkilatların güclü və zəif tərəflərinin aşakar edilməsi və onların birgə inkişafı kimi məsələlər aiddir.
Birliyin mətbuat xidmətindən bildirilib ki, “İrəli” İctimai Birliyi yerli səviyyədə gənclərlə iş, qeyri-formal təhsil metodlarının inkişaf etdirməklə yanaşı, eyni
zamanda beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarına geniş yer ayırır.