Newscenter.az.28.04.2019. Formula 1 yarışları inanmıram ki, paytaxt sakinlərinin xoşuna gəlsin. Çünki onsuz da darısqal həyatımız, bir az da sıxılır. 2 ay başlamamışdan, 1 ay da bitdikdən sonra küçələr məşəqqətli olur.
Newscenter.az xəbər verir ki, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev səsləndirib. O, qeyd edib kiu, bu fiziki tərəfidir və dözürük:
"Lakin maşınların yarış zamanı Qala divarlarının perimetri boyu yaratdığı titrəyişi və silkələnmənin qədim tikililərə ziyanını kimsə nəzərə alıbmı? Çünki vibrasiya, onsuz da zəif olan sahilboyu qrunt torpaqlarını laxladır. Orduda xidmət edənlər bilir ki, körpü üzərindən piyada keçidi zamanı sıra addımları qadağandır. Vibrasiya körpünü dağıda bilər. Bizdə isə silkələnməni nəinki yarış arealında, hətta Gənclik və Montin, Yasamal ərazisində də hiss etmək olur. Bu fəsadları biz bir müddətdən sonra görəcəyik. Dəyərmi, 3-4 nəfərin şıltaqlığına qurban verilən tarix?"