Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti İzmirdə keçirilən "Türkiyədə biomüxtəliflik" mövzusunda toplantıda iştirak edir

Azərbaycan nümayəndə heyəti İzmirdə keçirilən "Türkiyədə biomüxtəliflik" mövzusunda toplantıda iştirak edir


Newscenter.az.29.04.2019. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilib və bu sahəyə aid sərgi təşkil edilib. Toplantıda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Türkiyənin dövlət himni səsləndiriləndən sonra ölkənin müasir həyatında kənd təsərrüfatının inkişafını əks etdirən sənədli film nümayiş olunub. Rəsmi açılışda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə bölgə kordinatoru və Türkiyə təmsilçisi Viorel Gutu, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və başqaları çıxış ediblər.

FAO-nun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışan Viorel Gutu Türkiyə ilə əməkdaşlıq əlaqələrinin nəticələrindən bəhs edib. Türkiyənin biomuxtəlifliyini tükənməz bir milli sərvət kimi dəyərləndirən nazir Bekir Pakdemirli kənd təsərrüfatı sahəsində ölkədə əldə olunan nailiyyətlərdən və perispektivlərdən danışıb.

Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri barədə geniş məlumat verən nazir İnam Kərimov bildirib ki, FAO-Türkiyə ortaq proqramları çərçivəsində qardaş ölkənin dəstəyi ilə respublikamızda 16 layihə həyata keçirilib. Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını vurğulayan nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə səmərəli əməkdaşlıq edir.

Daha sonra tədbir iştirakçıları Türkiyənin biomüxtəlifliyinə aid sərgi ilə tanış olublar. Tədbir çərçivəsində ağacəkmə aksiyası da keçirilib.

Toplantı panellərdə davam etdirilib.

Nümayəndə heyətinin Türkiyəyə səfəri aprelin 30-dək davam edəcək.
Xəbəri paylaş