Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda Qərblə-Rusiya arasında siyasi nüfuz uğrunda mübarizə yeni mərhələyə keçib

Cənubi Qafqazda Qərblə-Rusiya arasında siyasi nüfuz uğrunda mübarizə yeni mərhələyə keçib


Newscenter.az.29.04.2019. "Türkiyə və Azərbaycanın birgə hərbi təlimlər keçirməsi Cənubi Qafqazda hər iki qardaş ölkənin mövqeyini güclənməsinə, Azərbaycana qarşı mümükün təzyiqlərin qarşısnın alınmasına hesablanıb. Həmçinin BU, Qarabağ münaqişəsinin həllində birlikdə olduğunun göstəricisidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu gün Cənubi Qafqaz uğrunda Qərblə-Rusiya arasında siyasi nüfuz uğrunda mübarizə yeni mərhələyə keçib:

“Rusiya Qərblə qarşıdurma fonunda regiona öz təzyiqlərini müxtəlif formalarda reallaşdıra bilər. Ona görə də Türkiyə ilə birgı hərbi təlimlərin keçirilməsi milli təhlükəsiz maraqlarımıza cavab verir”.

Politoloq deyib ki, hazırda Türkiyə Rusiya yaxınlaşması strteji deyil, taktiki yaxınlaşmadı və hər iki ölkənin Cənubi Qafqazda maraqları üst-üstə düşmür:

“Ona görə də Moskva-Anakara arasında bir neçə dəfə aparılan Qarabağ danışıqları nəticəsiz başa çatıb. Ankara artıq, bu məsələni Moskva ilə müzakirə etmir. Moskva da Qarabağ münaqişəsini Türkiyə ilə müzkirə etməkdə maraqlı deyil. Türkiyə Cənubi Qafqazda öz mövqeyini gücləndirməklə, Moskvanı bununla hesablaşmağa məcbur edə bilər. Türkiyə və NATO xətti inkişaf etdirilməli, rəqabət mühtiti formalşadırmalıdır. Yoxsa, Rusiya prosesi öz nəzarətində sakitcə saxlayacaq. Hazırda Türkiyə-Rusiya taktiki yaxınlşaması Qarabağ münaqişəsinin həllinə heç bir müsbət effekti yoxdur”.
Xəbəri paylaş