Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib


Newscenter.az.29.04.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 29-da İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbulda İsmayıllı, Ağdaş, Ağsu və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər. Müraciət edənlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə xatırladılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür, onlar üçün paytaxtda və bölgələrdə hər cür infrastrukturu olan yaşayış komplekslərinin inşası davam etdirilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə, ilk növbədə, yeni evlərə və mənzillərə hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələr köçürülür. Köçürülmə prosesinin ədalətli və şəffaf şəkildə aparılmasına ölkə rəhbərliyi tərəfindən ciddi nəzarət təmin olunur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Xəbəri paylaş