Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib

“Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib


Newscenter.az.29.04.2019. Kəlbəcər RPŞ- nin təşkilatçılığı ilə rayonun 23 saylı tam orta məktəbində “Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib.

Newscenter.az. xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin cinayət axtarış bölməsinin rəisi polis polkovnik leytenant Mübariz Nəcəfov müasir dövrümüzün bəlası olan narkomaniyanın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun cəmiyyətimiz üçün yaratdığı təhlükə və fəsadlardan danışıb. Respublikamızın hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə apardıqları uğurlu əməliyyat tədbirləri haqda iştirakçılara geniş məlumat verib. O, gənclərin vətənpərvər ruhda böyümələri, vətənin hər zaman keşiyində durmağı, müzəffər ordumuzun qəhrəman döyüşçülərinin şərəfli döyüş yolunu layiqincə davam etdirməyə hazır olmalarının zəruriliyini bildirib.

Təhsil müəssisəsinin direktoru Həqiqət Şükürova narkotik vasitələrin, erkən nigaha daxilolmanın həm kobud qanun pozuntusu, həm də insan orqanizmi üçün mənfi cəhətlərindən bəhs edərək, gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş