Newscenter.az.29.04.2019. Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının iclası öz işinə başlayıb.
Newscenter.az-a Milli Olimpiya Komitəsindən bildirilib ki, tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.
Tədbirdə İHİF-in prezidenti Şəhzadə Abdulaziz bin Turki ALFAİSAL, vitse-prezidentlər Hamad Kalkaba Malboum, Ahmed Seyed Fouly, Nihat Usta və qurumun digərlər üzvləri iştirak etmişdir. İclas çəçivəsində 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı seçilmiş Konya şəhərinin hazırliq prosesi müzakirə olunacaqdır.
Xatırladaq ki, 2021-ci il İslam Həmrəyliyi Oyunlarının həyata keçirəcək ölkənin adı İHİF-in Baş Assambleyasında müəyyən olunub.