Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradılıb

Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradılıb


Newscenter.az.1.05.2019. İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək.

Newscenter.az xəbər verir ki, “Microsoft Lab” adlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.


Laboratoriyada “Əşyaların interneti” (İoT) sahəsi üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək.
Məlumat üçün bildirək ki, “Əşyalar interneti” texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur.

“www.iktlab.az/mslab” internet səhifəsində “Microsoft Lab” haqqında ətraflı məlumat almaq mümkündür.
Xəbəri paylaş