Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

 “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib


Newscenter.az.1.05.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə Ümummilli Liderin siyasi fəaliyyətini yüksək qiymətləndirərək, onun məscidlərin, dini məbədlərin tikilməsinə böyük təşəbbüs göstərdiyini xatırladıb. Gürcü Yəhudilərinin Bakı dini icmasının rəhbəri Zamir İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ideyalarından bəhs edib.

“Yeni Həyat” protestant xristian dini icmasının sədri Lyudmila İbrahimova, Bakı şəhər Malokan-Ruhani xristian dini icmasının sədri Valeri Katkov çıxışlarında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda da bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Sonda DQİDK-nın dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərlərimiz” mövzusunda elan edilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xəbəri paylaş