Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana narkotik vasitə - heroin keçirilməsinin qarşısı alınıb-VİDEO

İrandan Azərbaycana narkotik vasitə - heroin keçirilməsinin qarşısı alınıb-VİDEO


Newscenter.az.1.05.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İran İslam Respublikasından Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, avtobusda olan sərnişin Pakistan İslam Respublikasının vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş