Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sağlam məktəbli” layihəsi çərçivəsində daha 2 rayonda tədbir keçirilib

“Sağlam məktəbli” layihəsi çərçivəsində daha 2 rayonda tədbir keçirilib


Newscenter.az.1.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Newscenter.az-a AQTA-dan bildirilib ki, növbəti görüşlər Goranboy rayonu M. Dosiyev adına Qızılhacılı qəsəbə 2 nömrəli orta məktəb və Şabran şəhəri 4 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, gündəlik qida rasionun təşkili, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları, energetic içkilərin ziyanları barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Orxan
Xəbəri paylaş