Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək

Sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək


Newscenter.az.1.05.2019. Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının və reyestrə daxil edilməsinin onlayn qaydada həyata keçirilməsinə başlayıb. Newscenter.az-a AQTA-dan bildirilib ki, bu məqsədlə Agentlik tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) istifadəyə verilib.

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edirlər.

Qida təhlükəsizliyi qeydiyyatının onlayn qaydada həyata keçirilməsi ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, sahibkarların vaxt itkisinin qarşısını almaq, bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.
Orxan
Xəbəri paylaş