Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb

AQTA sədri pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb


Newscenter.az.2.05.2019. Mayın 2-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Newscenter.az-a Agentlikdən bildirilib ki, tədbirdə AQTA sədri Qoşqar Təhməzli istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. Q. Təhməzli sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.

Görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri, fitosanitar tədbirlər müzakirə olunub. Mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdıırlması istiqamətində sahibkarların təklifləri dinlənilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Orxan
Xəbəri paylaş