Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb


Newscenter.az.2.05.2019. Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 4 ədəd büküm aşkarlanıb. Baxış zamanı 3 ədəd bağlamada və 1 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 183 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə çəkisi 1,47 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və 1 ədəd bükümdə isə 6 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M 40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon adlı preparat isə "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş