Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memorandum imzalanıb

BNA ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memorandum imzalanıb


Newscenter.az.3.05.2019. Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memorandum imzalanıb. Memoranduma əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Bakı Nəqliyyat Agentliyində istehsalat təcrübəsi keçməsinin təmin edilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması nəzərdə tutulub. Tədris prosesinə Agentliyin mütəxəssislərinin cəlb edilməsi, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsinin aparılması, tələbələrinin "yay məktəbi" proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyində təlim keçmələri kimi məsələlər də memorandumda əksini tapıb.

Newscenter.az xəbər verir ki, Agentlikdə təcrübə keçəcək tələbələr gənc, aparıcı mütəxəsislərin rəhbərliyi altında bilik və bacarılqarını artıraraq nəqliyyat sahəsində özlərinə uğurlu karyera qurmaq şansı əldə edəcəklər. Bundan başqa, Agentliyin “Yol həyatdır” layihəsi çərçivəsində həyata keçirdiyi aksiya və kampaniyalarda könüllü şəkildə iştirak edərək ictimaiyyətin nəqliyyat sahəsində maarifləndirilməsində də yaxından iştirak edə bilərlər.

İmzalanma mərasimi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və pedoqoji kollektivin üzvləri Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə də tanış olub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli şəhər nəqliyyatının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışdı. Qanunsuz parklanmaya qarşı görülən işlərə toxunan İdarə Heyətinin sədri bu məqsədlə müasir və dayanaqlı proqram təminatına söykənən sistemin qurulduğunu bildirdi.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Bakı Nəqliyyat Agentliyinin paytaxt Bakının ictimai nəqliyyatının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi işlərin əhəmiyyətini vurğuladı. Həmçinin, tələbələrin bir mütəxəssis olaraq formalaşması və təcrübə keçmələri sahəsində Agentlik ilə qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini bildirdi. Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə müsbət təsir edəcəyinə əminliyini ifadə etdi.
Anar
Xəbəri paylaş