Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir İnam Kərimov Uruqvay və Braziliya nümayəndə heyətlərini qəbul edib

Nazir İnam Kərimov Uruqvay və Braziliya nümayəndə heyətlərini qəbul edib


Newscenter.az.4.05.2019. Kənd təsərrüfatı naziri İnam Kərimov Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Uruqvay arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir bu əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Öz növbəsində, qəbula görə təşəkkür edən Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq niyyətində olduqlarını bəyan edib.

Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

X X X

Kənd təsərrüfatı naziri İnam Kərimov həmçinin Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Nazir Azərbaycan və Braziliya arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, qəbula görə təşəkkür edən Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.

Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Orxan
Xəbəri paylaş