Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri Beynəlxalq Maliyyə Korparasiyasının nümayəndələri ilə görüşüb

AQTA sədri Beynəlxalq Maliyyə Korparasiyasının nümayəndələri ilə görüşüb


Newscenter.az.6.05.2019. Mayın 6-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli Beynəlxalq Maliyyə Korparasiyasının nümayəndələri ilə görüşüb.

Newscenter.az-a AQTA-dan bildiirilib ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanacaq Əməkdaşlıq Sazişi müzakirə edilib. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda hazırki və gələcək proqramı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qida təhlükəsizliyi sahəsində risk əsaslı yoxlamalar sisteminin qurulması istiqamətində əməkdaşlıq və növbəti addımlar görüşün əsas müzakirə mövzularından biri olub. Görüşdə həmçinin Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Maliyyə Korparasiyasının əməkdaşlıq perspektivləri müzakirə edilib.
Orxan
Xəbəri paylaş