Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləcəri dairəsində yenidənqurma işləri aparılıb

Biləcəri dairəsində yenidənqurma işləri aparılıb


Newscenter.az.6.05.2019. Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması layihəsi həyata keçirilir.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, layihəyə uyğun olaraq Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib, mövcud dairə genişləndirilib. Agentlikdən bildirilib ki, bundan başqa yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib, 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.
Anar
Xəbəri paylaş