Newscenter.az.6.05.2019. "Milli Şura" sədri Cəmil Həsənlinin ritorikasına fikir verirəm. Adam Sevinc Osmanqızını müdafiə etmək adıyla iqtidara qarşı "od püskürür" və bu zaman "nadürüst adamlar", "trol sürüsü", "əxlaqsız" kimi sözlərdən bol-bol istifadə edir.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, "Milli Şura"nın başqa bir sözçüsü Gültəkin Hacıbəyli isə Fatmansa arvad kimi qarğış edir:
“Deyir ki, "Milləti bu günə qoyanların başına Allah daş yağdırsın". Baxın, bunların bu cür bərbad təfəkkür tərzi və qeyri-etik ifadələri onların siyasi çəkisini və səviyyəsini göstərir. İçlərində və nitqlərində bu qədər nifrət daşıyan, aqressiya saçan bu siyasətçilər bu cür ifadə tərzləri ilə əslində cəmiyyətə dözümsüzlük aşılamaq məqsədi güdürlər”.