Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU-da xəstənin boynunda mürəkkəb əməliyyat aparılıb

ATU-da xəstənin boynunda mürəkkəb əməliyyat aparılıb


Newscenter.az.7.05.2019. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun sözlərinə görə, bu mürəkkəb əməliyyat uğurla nəticələnib.

Newscenter.az-a ATU-dan bildirilib ki, həkim C.İskəndərov bildirir ki, 60 yaşlı xanım neçə müddətdir ki, qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkirmiş: “Bu şikayətlərlə müxtəlif həkimlərin qəbulunda olub. Müayinələr zamanı pasiyentin boynunda 2 tərəfdə yırtıqlar aşkarlanıb. Xəstə İranda da həkimə müraciət edib və orada da ona eyni diaqnoz təyin olunub”.

Neyrocərrahın sözlərinə görə, bu xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib. Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: “Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.

Həkim C.İskəndərov bildirir ki, bu mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.
Xəbəri paylaş