Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib

 “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib


Newscenter.az.7.05.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan rektor Ceyhun Məmmədov Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra, xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışındaUlu Öndərin misilsiz xidmətləri olduğunu bildirib. Qeyd edib ki, məhz müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə ümummilli lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

C.Məmmədov Azərbaycan xalqının milli-mənəvi sərvəti olan tolerantlıq ənənələrinin qorunmasında və inkişafında Ümummilli Liderin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda dini etiqad azadlığı tam təmin edilib.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnsitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış şəxsiyyətlərindəndir.
Daha sonra konfrans işini panellərlə davam etdirib.
Xəbəri paylaş