Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib


Newscenter.az.7.05.2019. Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Agentlikdən Newscenter.az-a bildirilib ki, tədbirdə AQTA sədri Qoşqar Təhməzli sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.

Bildirilib ki, son illərdə taxılçılığın inkişafına dövlət dəstəyinin artırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə yanaşı taxıl məhsulunun istehsalı zamanı təhlükəsizlik tələblərinin yerinə yetirilməsi də əsas hədəf kimi qarşıya qoyulmuşdur.

Tədbirdə taxıl məhsulunun idxal zamanı normativlərə uyğun şəkildə daşınmalı olduğu, eyni zamanda məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməli olduğu bildirilib.
Görüşdə taxıl bitkisinə qoyulan idxal tələbləri, fitosanitar tədbirlər, taxıl istehsalı zamanı əməl edilməli olan tələblər müzakirə olunub. Sözügedən sahənin daha da inkişaf etdirilməsi istiqamətində sahibkarların təklifləri dinlənilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Orxan
Xəbəri paylaş