Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib

 Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib


Newscenter.az.8.05.2019. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycan Milli Neft Komitəsinin ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, Milli Neft Komitəsinin sədri, Energetika naziri Pərviz Şahbazov Milli Neft Komitəsinin 2005-ci ildə təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın “Dünya Neft Şurası”na üzv kimi qəbulunda Ümummilli Lider Heydər Əliyevin Neft Strategiyasının rolunu xüsusi qeyd edib. Bildirib ki, Dünya Neft Şurasının əsas qayəsi qlobal miqyasda karbohidrogen ehtiyatlarından insanların rifahı naminə istifadə edilməsidir və bu, Azərbaycanın enerji kursunun da başlıca hədəfidir.“Karbohidrogen ehtiyatları və düşünülmüş məqsədyönlü siyasət bütövlükdə regional inkişafı təmin edib”,deyə nazir enerji layihələrinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Xəzər regionunun tərəfdaşlıq münasibətləri ilə dünyanın digər enerji mərkəzlərindən fərqli statusda olduğunu bildirib.

Çıxışda qeyd edilib ki, indiyə kimi ölkəmizdə hasil olunmuş 2 milyard 58 milyon ton neftin 746 milyon tonu müstəqillik dövrünə aiddir. Hazırda orta gündəlik neft hasilatı isə, təxminən, 770 min barreldir. Energetika naziri Pərviz Şahbazov neftlə bağlı fəaliyyətin bir neçə istiqamətdə həyata keçirildiyini deyib:
Xəbəri paylaş