Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti təxribatlarla üzləşmək ehtimalı da az deyil

Növbəti təxribatlarla üzləşmək ehtimalı da az deyil


Newscenter.az.8.05.2019. "Ötən gün axşam saatlarında Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin səsinə səs verməsi və "Salaam Cinema Baku"nun yerləşdiyi bina ilə bağlı açıqlama yayaraq sözügedən tarixi binanın dövlət tərəfindən nəzarətə götürüldüyünü bildirməsi doğrudan da bizim hamımız üçün xoş sürpriz oldu. Bina sökülməyəcək. Məsələyə birmənalı şəkildə nöqtə qoyuldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözləırinə görə, burdan belə bir nəticəyə gəlmək olar ki, Birinci vitse-prezident son günlərdə bir-birinin ardınca iki böyük təxribatın, avantüranın qarşısını almış oldu:

“Bəli, bəli, söhbət məhz çox ciddi şəkildə düşünülmüş, planlaşdırılmış təxribatlardan gedir. Odur ki, nə İçərişəhər Qala divarları ilə bağlı haylı-küylü kampaniyaya, nə də S.Rüstəm küçəsi-10 ünvanında yerləşən, əvvəllər "Molokan dua evi" kimi tanınan binanın söküləcəyi ilə bağlı süni şəkildə yaradılmış ajiotaja sıradan bir insindent kimi baxmamalıyıq”.

Partiya sədri hesab edir ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasının ehtimal olunduğu təqvimin yaxınlaşması ərəfəsində baş verir:

“Məqsəd aydındır. İçəridən və kənardan hansısa qüvvələr Prezident İlham Əliyevin Brüsselə gözlənilən səfərini bu və ya digər şəkildə, kiçik miqyaslı "hibrid müharibə"lər təşkil etməklə sabotaj etmək, pozmaq istəyirdilər. Bir sözlə, məqsəd Aİ-Azərbaycan yaxınlaşmasını nə yolla olursa olsun əngəlləmək, ya da ertələməkdir. Lakin necə deyərlər, arzuları ürəklərində qaldı. Mehriban Əliyeva əsl siyasi qrossmeyestr çevikliyi nümayiş etdirdi və gizli qüvvələrin planlarını alt-üst etdi. Amma bununla əsla arxayınlaşmamalıyıq. Çünki növbəti təxribatlarla üzləşmək ehtimalı da az deyil”.
Xəbəri paylaş