Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər keçirilib

QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər keçirilib


Newscenter.az.9.05.2019.
“Gənc Mühasiblər” İctimai Birliyi və GMB Klaster Konsaltinq şirkətinin təşkilatçılığı ilə "Qeyri-Hökumət Təşkilatları tərəfindən İctimai sektor üçün Mühasibat uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən mühasibat uçotunun aparılması qaydaları" layihəsi üzrə təlimlər davam edir.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində Bakı,Şirvan və Quba şəhərlərində yeni mühasibat uçotu qaydalarına dair təlimlər artıq həyata keçirilib. Növbəti təlimlərin isə Gəncə şəhərində QHT-lərin iştirakı ilə təşkil edilməsi nəzərdə tutulub. Təlimlər Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən keçirilir.

Yeni mühasibat uçotu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 573 nömrəli Qərarı ilə bütün QHT-lər üçün məcburidir. Həmçinin layihə çərçivəsində 2019-cu ilin sonuna qədər qaynar xətt xidməti fəaliyyət göstərəcək.
Maliyyə sənədlərində yeni qaydalardan irəli gələn və maliyyə hesabatları verilən zaman yaranan problemlərlə bağlı suallarınızı Qaynar xəttə ünvanlaya bilərsiniz.
Xəbəri paylaş