Prezident Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
Tarix: 10-05-2019, 11:49
Newscenter.az.10.05.2019. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.