Newscenter.az.11.05.2019. "Azərbaycan hakimiyyetini dəstəkləyən, onun siyasətinə dəstək verən xalqın hərəkatı 15 iyun 1993-cü ildən fəaliyyətdədir və 1993, 1998, 2003, 2008, 2013, 2018-ci il Prezident seçkilərində xalqın böyük dəstəyi ilə seçkilərdə qalib gəlib".
Bu fikirləri Newscenter.az-a millət vəkili Eldəniz Səlimov hakimiyyəti dəstəkləyən yeni hərəkatın yaradılması təşəbbüsünə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində "Heydər-xalq, xalq-Heydər" birliyi olkəmizin inkişafına böyük stimul yaratdi:
"2003-2018-ci illərdə Cənab Prezidentimiz Azərbaycan xalqı tərəfindən dəstəklənərək seçkilərdə yüksək səs çoxluğu ilə dövlət başçısı seçilib. Cənab Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət xalqın rifah halının yaxşılaşmasına xidmət edir. Son 26 ildə xalqımız Azərbaycan hakimiyyətini, Heydər Əliyevin şah əsəri olan Müasir Müstəqil Azərbaycanı dəstəkləməklə onun şər qüvvələrdən qorunmasına yardımçı olub".
Millət vəıkili bildirib ki, xalq həmişə hakimiyyətin yanında olub:
"Necə ki, Prezidentimiz həmişə xalqın yanındadır. Təkcə YAP-ın 700 mindən çox üzvləri çoxsaylı bir hərəkatdır. Bu gün Prezidentimizi, dövlətimizi, hakimiyyətimizi Azərbaycan xalqının təmsil olunduğu partiya, QHT, ictimai birliklər, qurumlar dəstəkləməklə iqtidara qarşı əsassız hücumlara cavab verirlər. Bizim hərəkatımız 1993-cü ildən fəaliyyət göstərir".