Newscenter.az.11.05.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Aleksandr Puşkin, Azadlıq və Bülbül küçələrində bu gün axşam saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar