Newscenter.az.11.05.2019. "Tarixən çox haqsızlıq yaşamışıq. Tarix elə gətirib ki, öz torpaqlarımız özümüzə sərhəd biçilib. Bu qədər şanssız ikinci hansı ölkə var?"
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev son günlər Gürcüstanla Keşikçidağ qoruğu ilə bağlı yaranmış problemə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, Gürcüstan hokuməti bizə ərazi mübadiləsi təklif edərkən bu tarixi unutmaması lazımdır:
DAA rəhbəri hesab edir ki, bu mübahisələri həll etməyin yeganə yolu var:
"Qaytarın tarixi torpaqlarımızı o zaman sərhədlərin bölgüsünü müəyyən etmək üçün masaya oturaq. Heç bir halda bir qarış torpağımız müzakirə mövzusu belə ola bilməz. Onu da qeyd edim ki, 1803-cü ildə Qarayazı Gürcüstana verilib".