Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var

AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var


Newscenter.az.12.05.2019. "Diaspor fəaliyyətinin nüanslarını bilməyən, diaspor fəaliyyətindən xəbərsiz olan soydaşlarımızı aldatmaq məqsədi ilə özünü Rusiyadakı azərbaycanlıların qəhrəmanı elan edən Fuad Abbasov "Misra” adlı veb saytında yenə saxtakarlıqla, təxribat ilə məşğuldur. Fuad son açıqlamasında bildirir ki, guya AZƏRROS prezidentliyinə mənim namizədliyim irəli sürülüb və "ümümxalq səsverməsi” keçiriləcəyi planlaşdırılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov səsləndirib. Bildirib ki, yayılan məlumatlar təxribat xarakteri daşıyır:

"Mən Məmmədov Fizuli Məmməd oğlu rəsmi olaraq bəyan edirəm ki, AZƏRROS-la bağlı heç bir seçkiyə qatılmamışam, bu tamaşa təxribat xarakteri daşıyır və heç bir hüquqi əsasa söykənmədiyi üçün hüquqi qüvvəsi ola bilməz. Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və 27 aprel 2019 cü ildə Rusiya Federasiyasının əksər əyalətlərinin dəstəyi ilə yaradılan Rusiya Azərbaycanlıları İttifaqının prezidenti postlarını qürur və şərəflə daşıyan azərbaycanlı kimi AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var".

Fizuli Məmmədovun sözlərinə görə, saxta vətənpərvərlərin hazırladığı bu təxribatın əsas məqsədi mövcud vəziyyəti müsbətə doğru dəyişdirmək yox, soydaşlarımızın milli hisslərindən istifadə edərək xal qazanmaq, şəxsi büdcələrini doldurmaqdır:"Ehtiyatlı olun, dələduz var"
İnqilab
Xəbəri paylaş