Newscenter.az.13.05.2019. Mayın 28-də Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumat Newscenter.az-a DAA-nın mətbuat xidmətindən daxil olub. Bildirilib ki,“Merci Baku” restoranında keçiriləcək tədbir çərçivəsində iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə geniş məlumat veriləcək.
Tədbirdə Belarusun dövlət nümayəndələri, siyasi partiya təmsilçiləri, şirkət rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəalları, mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, həmin dövrlərdə mövcud vəziyyət və xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə danışılacaq.
Daha sonra tədbir Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə rəqs qruplarının və müğənnilərin ifası ilə davam edəcək. Sonda qonaqlara ziyafət veriləcək.