Newscenter.az.13.05.2019. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına Azərbaycan İlahiyyat İnstitutu da qoşulub.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, iftar süfrəsi ətrafında bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan görüşdə Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanıb.