Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimə cinayətkar obrazı biçmək kimə və nəyə lazımdı?

Müəllimə cinayətkar obrazı biçmək kimə və nəyə lazımdı?


Newscenter.az.13.05.2019. Mən müəllim ailəsində böyümüşəm. Bibilərim, xalalarım, ən doğmam və ən yaxınımda olan Anam müəllimədir. 1-ci sinifə gedəndə anamın bizə dediyi “müəllim müqəddəsdir” kəlməsini tam anlamıyla orta təhsil aldığım illərdə gördüm. O müqəddəsliyi həm evdə, həm ailədə, həm də müəllimlərimdə duydum, gördüm. İndi də mənim üçün müəllim müqəddəsdir. İçimi acıdan odur ki, bu gün müəllimlər hörmətdən salınıb (düzdü, bunun obyektiv və subyektiv səbəbləri var. Amma ayrı-ayrı halların bütövlükdə müəllimlərə şamil edilməsi doğru deyil).

Müəllim nəinki hörmətdən salınıb, son vaxtlar sosial şəbəkələrdəki haray-həşirlə müəllim cinayətkarla, qatillə eyniləşdirilir. Elina hadisəsindəki məsuliyyətsizlikdə mən sizlərlə həmfikirəm, dostlar. Amma hər gün bir video, bir qalmaqalla müəllimləri gündəmə gətirib ondan cinayətkar obrazı yaratmaq kimə və nəyə lazımdı? Bəli, hamımızın balası var və neqativ hallar ətbəttə ki, ürəkaçan deyil və bununla bağlı Təhsil Nazirliyi də müvafiq, hətta radikal addımlar da atır. Bununla belə cəmiyyətdə müəllimə qarşı nifrətin aşılanması, təkrar edirəm, ona cinayətkar obrazı biçilməsi kimə və nəyə lazımdır? Bunun sonu nəyə aparır? O nifrət dolu çağırışları edərkən, bunu heç düşünürsünüzmü? Zaman-zaman vurğulanan bir həqiqət var: “bir milləti məhv etmək istəyirsənsə, onun təhsilini əlindən al”. Sizcə, müəllimi son dövrlərdəki kimi bu qədər aşağılamaqla, həmin proses getmirmi?.

Jalə Tofiqqızı,
Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi
Xəbəri paylaş