Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Populist siyasətçilər üçün hər şeydən öncə öz şəxsi maraqları əsasdır

Populist siyasətçilər üçün hər şeydən öncə öz şəxsi maraqları əsasdır


Newscenter.az.13.05.2019. Mövzusuzluqdan əziyyət çəkən bəzi müxalifətçilər indi də "Mxitaryan kartı"nı işə salıblar.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, onların səyi nəticəsində ölkə gündəmi yenidən "Arsenal" klubunun ulduz futbolçusu Mxitaryanın Bakıya gəlib-gəlməməsi məsələsinin müzakirələri ilə zəbt olunub: “Buna süni gündəm də deyə bilərik.

"Arsenal"ın erməni oyunçusunun Bakıya gəlişinə icazə verilməsini yolverilməz hesab edən siyasi populistlər və sosial şəbəkə "qəhrəman"ları bununla Azərbaycanı qeyri-sivil ölkə statusunda təqdim etməyə çalışır və ölkəmizin beynəlxalq imicinə zərbə vururlar. Amma bu hal onları qətiyyən narahat etmir. Çünki populist siyasətçilər üçün hər şeydən öncə öz şəxsi maraqları əsasdır”.

Partiya sədri təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın adına bir xələl gəlməsin deyə düşünən müxalif siyasətçilərimiz isə çox azdır:

“Odur ki, futbolu da siyasiləşdirməyə və "erməniləşdirməyə" çalışan şəxslərin populistliyi də anlaşılandır. Biz onlardan dərk olunmuş vətənpərvərlik gözləmirik. Populist "vətənşüvən"lərin vətənpərvərliyi də saxta olur, göstəriş xarakteri daşıyır. Necə deyərlər, "ikili standart"lar bizim müxalifətçilərimizin boyuna biçilib. Paşinyana rəğbət bəsləyən "milli demokrat"larımız, Mxitaryana isə düşmən gözüylə baxırlar”.
Xəbəri paylaş