Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək

2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək


Newscenter.az.14.05.2019. Mayın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək. Konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində həyata keçiriləcək.

Newscenter.az xəbər verir ki, dövlət və hökümət nümayəndələri, müxtəlif ölkələrin aidiyyatı qurumlarının rəhbərləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi konfransda ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACPP sisteminin tətbiqi və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri,qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında sessiya müzakirələri aparılacaq.
Konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) və ABŞ-ın Meriland Universiteti-ABŞ Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərəcək.
Orxan
Xəbəri paylaş