Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İSBAM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

İSBAM rəhbərliyi Türkiyə səfiri ilə görüşüb


Newscenter.az.14.05.2019. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi Türkiyənin Azərbaycandaki fövqaladə ve səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Newscenter.az-a verilən məlumata görə, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə İSBAM sədri Samir Adigözəlli ilk növbədə mərkəzin fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib. Daha sonra Azərbaycan Türkiyə yüksək tərafdaşliğı və hər iki qardaş ölkə arasinda yaxin münasibətləri əhatə edən mövzular ətrafinda söhbət aparilıb.

Səfir Erkan Özoral görüşdə Türkiyə Azərbaycan əlaqələrinin qardaşlıq əlaqəleri oldugunu və bu münasibətərin daha da möhkəmlənməsində Azərbaycandaki ictimai təşkilatlarin da əməyi oldugunu qeyd edib.

Səmimi qəbula görə İSBAM sədri Samir Adigözəlli səfirə təşəkkürünü bildirib. Görüşdə İSBAM sədrinin müavini Səbuhi Əliyev, sədrin müşavirləri Yasəmən Möhübbətqızı, Samir Şahverdiyev istirak edibler.
Xəbəri paylaş