Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İslam və mənəviyyat” mövzusunda seminar keçirilib

“İslam və mənəviyyat” mövzusunda seminar keçirilib


Newscenter.az.14.05.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının təqdimatında “İslam və mənəviyyat” mövzusunda seminar təşkil edib.

Təhsil ocağından Newscenter.az-a verilən məlumata görə, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər tələbələri maarifləndirmə məqsədi daşıyır, həmçinin cəmiyyətdə böyük maraqla qarşılanır. Ə.Niyazov qeyd edib ki, mənəviyyat dedikdə, insanın daxili aləmi nəzərdə tutulur. Bildirib ki, gənclər cəmiyyətdə tutduğu mövqedən, peşəsindən, sənətindən asılı olmayaraq, faydalı işlər görməli, öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.

Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı “İslam və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, İslam dininin əsas məqsədi yüksək mənəviyyata və əxlaqi keyfiyyətlərə malik olan insanlar yetişdirməkdir. Bildirib ki, ən yüksək mənəvi dəyərləri özündə birləşdirən İslam dini insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Həmçinin hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.
Xəbəri paylaş