Newscenter.az.16.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.
Newscenter.az-a daxil olan məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.
Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Mayın 17-də ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsində (24 may tarixində) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.
R.Mehdiyeva