Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həqiqətlərini Avropaya tanıdan azərbaycanlı

Azərbaycan həqiqətlərini Avropaya tanıdan azərbaycanlı


Newscenter.az.17.05.2019. 35 yaşı var, Bakıda doğulub. Karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi, ixtisasca jurnalistdir.

2009-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra "Çağrı İctimai Birliyi"ni təsis edib. 2009-cu ildə təsis etdiyi Xeyriyyə cəmiyyəti "NETTY 2009" Milli internet mükafatının nominantı olub. Xeyriyyə cəmiyyəti həmin il "Azərbaycan İnternet Formu"nun təsis etdiyi Millinet mükafatının qalibi olub. 2009-cu ildə təhsilini bitirdikdən sonra müxtəlif qəzet və jurnallarda müxbir kimi fəaliyyət göstərib. 2010-2011 ci illərdə "Qurtuluş media şirkəti"ndə efir direktoru vəzifəsində çalışıb. 2013-cü ildə "Kral Media Group" şirkətini təsis edib. 2008-2017-ci illərdə Azərbaycanda keçirilən respublika turnirlərində iştirak edərək karate üzrə respublika çempionu olub. Karate üzrə 3-cü dan "qara kəmər" sahibidir. 2018-ci ildən Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan diasporasının sədridir. Bunlarla yanaşı, 2005-ci ildən bu günə qədər ictimai işlərdə fəal üzv olaraq yaxından iştirak etməkdədir.

Fərid Heydər oğlu Əzizov haqqında Vikipediyada bu məlumatları əldə edə bildik. Avropadakı dostlarımızdan öyrəndik ki, F.Əzizov Avstriyaya köçəndən bəri Azərbaycan həqiqətlərini Avropada yaymağa başlayıb. Edilən müxtəlif təzyiq və təhdidlərə baxmayaraq vətən, azərbaycançılıq sevgisi onu yolundan çəkindirməyib. Bu gün də o yolda inamla addımlayır. Azərbaycan mediası ondan çox yazmayıb, çoxu onun Avstriyadakı fəaliyyətindən xəbərsizdir. Çünki o xalqına medanın gündəmini zəbt etmək üçün xidmət etmir. Amma bir neçə gün öncə Ukraynada 32 ölkənin iştirakı ilə keçirilən Kempo-Karate və Kobudo növləri üzrə növbəti dünya çempionatında aktivinə iki qızıl və bir bürünc medal daxil edən F.Əzizov “Azərycanlı diaspor sədri dünya çempionu oldu” başlığı ilə Azərbaycan mediasının gündəmini zəbt etdi.

Marağımız onunla əlaqə yaratmağımızla nəticələndi. Beləcə, Karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat ölkə çempionu, diaspora sədri F.Əzizov Avrasiya.net-in həmsöhbəti oldu.

Dediyinə görə, məktəbdə oxuduğu illərdə çox nadinclik edib. Atası ilk dəfə onu Cəlaləddin Naxçıvanskı adına Şahmat məktəbinə yazdırıb, ailəsi onu şahmatçı görmək istəyirdi. Sonradan valideynləri onda şahmata həvəs göstərmədiyini görüb idmanın başqa növünə - Karatenin sirlərini öyrənməyə yönləndirdilər.

- Uşaqlıq vaxtlarında Vandam, Bruslinin çəkildiyi filimlər baxa-baxa böyüdük. Böyüyəndə onlar kimi olmağı xəyal edirdik. Təbii ki, bu uşaqlıq arzuları idi... İllər ötdü, mən onlar kimi olmasam da, özüm kimi olmağı bacardım. Uşaqlığımız müharibə illərinə təsadüf edirdi. Qarabağ müharibəsinin qızğın zamanlarında atamdan vətəni sevməyi öyrəndim. Atamdan daima “Azərbaycan sənin canındır, qanındır, onu qorumalısan, daima onun adını uca tutmalısan” sözlərini eşidirdim...

- Nə vaxtdan Avstriyaya göçmüsən?

- Artıq bir neçə ildir ki, Avstriya respublikasında yaşayıram, burada idmanla məşğulam. İlk gəldiyim günlərdən insanlardan maraqlanırdım ki, azərbaycanlılar burada vətəni tanıtmaq üçün nə işlər görürlər. Aldığım cavablar mənim üçün qənaətbəxş deyildi. Çünki Azərbaycanımızın zəngin tarixi, mədəni irsi, dövlətçiliyi dünyaya örnək ola bilər. Bəzi xalqlar bizdən mədəniyyətimizi öyrənib öz övladlarına öyrədə, o mədəniyyətlə böyüdə bilərlər. Səmimi deyim, idmançı olduğum üçün bir çox Avropa ölkələrində olmuşam amma heç birində Azərbaycanda insanların bir-birinə olan hörmətini, qonaqpərvərliyini, müdrikliyini görmədim. Biz tarixi ənənələrimizi, zənginliklərimizin qədrini bilməliyik, onları qoruyub saxlamalıyıq, yaşatmalıyıq və övladlarımıza tariximizi, soy kökümüzü anlatmalıyıq. Eyni zamanda dünyaya yaymalıyıq.

- Avstriyada ilk olaraq hansı sahədə fəaliyyətə başladın?

- İdman sahəsində. Mənim məşq edib döyüşdüyüm Kempo-Ryu Karate növü bu ölkədə çoxda yayılmamışdı. Mən bu idman növünə daha da bağlandım və özümü, ən əsası Azərbaycanımı tanıtdırmaq üçün əlimə böyük şans düşdü. Bu şansdan lazımı qədər istifadə etdim və düşünürəm ki, uğurlu alındı. Avstriya respublikasına Kempo-Ryu Karate növündən tarixdə ilk qızıl medalı mən gətirdim. Mənim üçün bu çox şərəfli idi. Qürür hissi ilə deyirəm ki, Avstriya respublikasına Kempo Karate növündə ilk qızıl medal gətirən mən azərbaycanlıyam. Beynəlxalq yarışlardan qələbə ilə döndükdən sonra məni bütün mötəbər idman tədbirlərinə şərəf müsafiri kimi dəvət edirdilər və mən isə ora üç rəngli Azərbaycan bayrağı ilə gedirdim. Fəxr hissi ilə Azərbaycan deyirdim. Şərəf müsafiri kimi dəvət olunduğum tədbirlərdə möhtəbər qonaqlara Qarabağdan, Xocalıdan, ermənilərin işğalçılıq siyasətindən danışıram. Qarabağdan danışdıqca insanlarda Azərbaycana qarşı olan maraq artır, həqiqətləri aşa düşürlər, bu da mənə gələcək yarışlarda uğur qazanmaq üçün daha bir güc qüvvət verir.

- Bəs diaspor quruculuğundakı fəaliyyətinə nə zaman başladın?

- Burada diaspora quruculuğumuz çox qəribə bir təsadüf nəticəsində başladı. Ölkənin boks turnirində fəxri qonaq kimi dəvət almışdım. Şəhər meriyası ilə söhbət edəndə mənim azərbaycanlı olduğumu öyrəndi və gülümsəyərək dedi ki, ilk azərbaycanlısan ki, səni tanıdım. Soruşdum ki, Azərbaycanı tanıyırsız, dedi bəli: “Amma azərbaycanlıların burada çox az olduğunu bilirəm heç bir ictimai fəaliyyətləri yoxdur”. Mən isə bu barədə fikirləşəcəyimi və gələn görüşümüzə qədər Avstriyada nüfuzlu bir diaspora quracağımızı söz verdim. O gündən başladıq bir neçə şəxslərlə görüşməyə. Salzburg şəhərində yaşayan sayılıb, seçilən Xalid bəylə görüşdük, bu fikir barədə danışdıq və fəaliyyətə başladıq.

- Sənin bu uğurların Avstriya hökuməti, səfirliyimiz tərəfindən necə qarşılandı. Yəni sənə maraq artdımı...

- Avstriya respublikasından və Azərbaycanın buradakı nümayəndələrindən çox razıyam, onlar daima mənim uğurlarıma sevinib və əllərindən gələn dəstəyi verirlər. Avstriya tərəfindən diasporamıza böyük dəstək var və daima keçirtdiyimiz tədbirlərdə Avstriya rəsimləri iştirak edir bu da bizi sevindirir. Bu ilin fevral ayında Xocalı soyqırımının 27 ci il dönümü ərəfəsində bir sıra silsilə tədbirlərimiz oldu.Vyana şəhərində Xalq rəssamı Əşrəf Heybətovun “Xocalı bir rəssamın gözü ilə” müəllif sərgimiz keçrildi. Tədbirdə Avropanın, o cümlədən ölkəmizdən parlament nümayəndələri də iştirak etdilər.

- Maraqlıdır Avstriyada sənə qədər Azərbaycanı təmsil edən bir diaspor təşkilatı yoxuydumu?


- Heç bir kəsin haqqına girmək olmaz, bəli, Avstriyada diaspora var idi. Amma onların işi yalnız ildə bir dəfə Xocalı soyqırımı anım tədbirini keçirtmək idi. Bizim diasporamız yarandığı gündən bu yana hər ay Azərbaycan, onun milli adət ənənəsi, milli mənəviyatı ilə bağlı silsilə tədbirlər keçirir. Azərbaycanın tarix boyu başına gətrilən bəlalar beynəlxalq ictimaiyyətə çatdırılır. Biz təkcə bir gün deyil, hər gün Azərbaycan üçün yaşayırıq.

- Müxtəlif ölkələrdə yarışlarda olmusan, bir azərbaycanlının Avstriya bayrağını qaldırması sənə hansı hissləri yaşadıb?

- Mən idmançıyam, təmsil olunduğum ölkənin bayrağını qaldırmalıyam. Ancaq bu daimi deyil, nə zamansa idmandan gedə bilərəm, karyeramı başa vuraram, yarışlara qatılmaram, o zaman Avstriyanın da bayrağını qaldırmayacam. Amma Azərbaycan mənim canım, qanımdır, vətənimdir, o həmişə qəlbimdədir. Yaxşı bir hal da ondadır ki, Avstriyada məşhurlaşmağım, qəbul olunmağım Azərbaycanı burada tanıtmağıma böyük imkanlar, yollar açır. Avstriya bayrağını beynəlxalq arenada qaldırmağım Azərbaycan üçün, Azərbaycan haqqında danışmağıma gözəl şans verir.

- Şagirdlərin arasında erməni uşaqları varmı?

- Heç bir halda erməniyə nə salam verərəm, nə də onlara öz idmanın sirlərini öyrədərəm. Milyonlar versələr belə bir erməni övladının müəllimi olmaram. Ermənilər tarix boyu bizim millətin humanistliyindən istifadə edib onun başına bəlalar gətiriblər. Düşünürəm ki, ermənini özünə dost bilən azərbaycanlı Azərbaycanın minlərlə şəhidinə xəyanət etmiş olur.

- Avstriyada Qarabağ, Azərbaycan həqiqətlərini yaymaq üçün daha nələr edilməlidir …


- Nəinki Avstriyada, bütün dünyada Azərbaycan həqiqətlərini yaymaq vacibdir. Təbliğatımızı gücləndirməliyik, ideoloji iş aparmalıyıq. Açığı, hələki bu yöndə çox arxadayıq. Avstriyada yaşayan insana Qarabağ haqqında danışdıqdan sonra ona öz dilində olan kitablar, filmlər təqdim olunmalıdır ki, oxuyub daha da çox məlumat əldə edə bilsin. Əfsuslar olsun ki, bizim diasporalar hazırda bu baza ilə çox da təmin olunmur.

- Avstriyada sənin uğurlarına qısqanclıqla yanaşanların olduğuna şübhə yoxdur…

- Allah şahidimdir ki, mən yarışlarda təkcə öz adıma görə vuruşmuram, mənim qələbə əzimim, qalib olma səbəbi Azərbaycanımın adını uca tutmağdır. Bəli, biz erməni və erməni xislətli insanlarla mübarizə aparırıq. Diaspora işi bir informasiya müharibəsidir müasir dövrdə hansı diaspora güclüdürsə, o öz sözünü, öz fikrini hər yerdə deyə biləcək. İçimizdə olan bəzi erməni xislətli insanlar bizim uğurlarımıza ləkə salmaq niyyəti ilə müxtəlif çirkin kampaniyalar aparırlar. Allahın iradəsi ilə yenə özləri xar olurlar.

- Azərbaycanın milli maraqlarını daha yüksək səviyyədə qorumaq üçün hansı planlar üzərində fikirləşirsən.


- Bu yaxınlarda Avstriya respublikasında Azərbaycan Evinin açlışını planlaşdırırıq. Burda mütəmadi olaraq Azərbaycandan gələcək qonaqların iştirakı ilə mədəni və maarifləndirici proqramlarla çıxış etməyi düşünürük. Azərbaycan Evinin açlışından sonra həftədə bir gün olmaqla Azərbaycanın tarixi filmlərinin nümayişini, bu filmlərdə Qarabağ həqiqətlərini izləyicilərin diqqətinə çatdırmağı planlaşdırmışıq. Bir sözlə Azərbaycanı Azərbaycan Evində Avstriya vətəndaşlarına tanıdacağıq.
Xəbəri paylaş