Newscenter.az.17.05.2019. "Könüllərin mərhəmətlə dolduğu, ən sərt ürəklərin belə iman atəşi ilə isindiyi, sevgi və sayğının simvolu olan Ramazan ayındayıq. 11 ayın sultanı olan bu ayda bütün dualar gül ətri ilə bəzənir. Biz də könülləri bir araya gətirdik. Hər il olduğu kimi “Palmali” Türkiyənin dörd bir yanından tələbələrimizi iftarda birləşdirdi".
Newscenter.az xəbər verir ki. bu fikirləri “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov özünün facebook səhifəsində qeyd edib. O, daha sonra bunları yazıb:
"Azərbaycan qoxulu daha bir iftar süfrəsində dualar edildi, dostluqlar təzələndi. Birlik, bərabərliyimiz və həmrəyliyimizi bütün dünyaya göstərmək üçün ən gözəl nümunədir iftar süfrələri. Kimsənin kimsədən üstün olmadığı, Allaha inanc, insanlara sevgi ilə yanaşılan bu ayda Azərbaycanla birlikdə olmaq, azərbaycanlıları qucaqlayıb, bağrımıza basmaq çox qürurvericidir".
Mübariz Mənsimov qeyd edib ki, bBiz bir olduqdan sonra heç bir qüvvə qarşımızda duruş gətirə bilməz:
"İnanırıq ki, məhz bu gənclərimizlə bir gün Şuşada, Cıdır düzündə bir araya gələcək, üç rəngli, ay-ulduzlu bayrağımızın altında iftar süfrəsində bir araya gələcəyik. O gün uzaqda deyil. Allah bütün ibadətlərinizi qəbul etsin".