Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim və valideynlər dinlənilib

Müəllim və valideynlər dinlənilib


Newscenter.az.17.05.2019. Mayın 17-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 286 nömrəli tam orta məktəbdə Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin təmiri, maddi-texniki təminatı, I sinfə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
R.Mehdiyeva
Xəbəri paylaş