Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin seminarında iştirak edir

Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin seminarında iştirak edir


Newscenter.az.19.05.2019. Avstriyanın Vyanna şəhərində Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir. Tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Marketinq direktoru Mehman Kərimov təmsil edirlər.

Newscenter.az-a Milli Olimpiya Komitəsindən verilən məlumata görə, seminar çərçivəsində “İdmanın Avropa Modeli”, “Olimpiya İdman Tədbirləri”, “Avropada İdmanın Təbliğində Qadının rolu”, “Cəmiyyətə İdmanın Təsiri və Sosial İnteqrasiya”, “İdmanda Yüksək Texnologiyalar”, “İdmanın Kommersiyalaşdırılması”, “İdman və Urbanizasiya” mövzularında sessiyalar keçirilir.

Burada Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı, Minsk 2019 Avropa Oyunları, Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunlarına dair hesabat və fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunub. Əlavə olaraq, Dünya Anti-Dopinq Agentliyinin məruzəsi və Kiçik Avropa Ölkələrinin Oyunları gündəlikdə olan məsələlər sırasındadır.

Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mwkafatının qalibi bu gün müəyyənləşəcəkdir. Sonda 2020-ci ildə keçiriləcək AOK-un 41-ci seminarının keçiriləcəyi ölkə açıqlanacaq.
Xəbəri paylaş