Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cenevrədən Cocuq Mərcanlıya, yaxud dünyaya Ermənistanın işğalçı olduğunu xatırlatma mesajı

Cenevrədən Cocuq Mərcanlıya, yaxud dünyaya Ermənistanın işğalçı olduğunu xatırlatma mesajı


Newscenter.az.20.05.2019. “UEFA Avropa Liqasının kubokunun Cenevrədən başlayıb, dünyanı dolaşaraq yekunda Cocuq Mərcanlıda dayanmasının birbaşa və incə məqamları var”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı səsləndirib. O, qeyd edib ki, Azərbaycanda Avropa Liqasının kubok turunun marşrutunun məhz belə tərtib olunması on əlli alqışlanmalıdır:
Cenevrədən Cocuq Mərcanlıya, yaxud dünyaya Ermənistanın işğalçı olduğunu xatırlatma mesajı

“Ən önəmli və incə məqam isə bu marştrunun özündə ehtiva etdiyi siyasi gedişdir. Öncəliklə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunmuş ərazidir. Özü də 2016-cı ildə. İşğaldan azad olunmuş ərazi faktı özündə iki mesajı ehtiva edir. Birincisi, dünyaya bir daha Ermənistanın işğalçı olduğunu xatırlatma mesajıdır. İkinci mesaj isə daim “sülh diplomatiyası” təlqin olunan Azərbaycanın hər kəsə ordu gücünün və ölkə rəhbərinin iradəsinin ifadəsidir. Yəni Azərbaycan heç vaxt ərazi bötüövlüyü prinsipindən imtina etməyəcək. Həm də Azərbaycan istənilən vaxt torpaqlarını ordu gücünə geri almağa qadirdir. Nəzərə alsaq ki, UEFA Avropa Liqasının final oyunu bütün dünyanın diqqətindədir, o zaman Cocuq Mərcanlıdan yön alan mesaj dünyaya çatdırılmışdır”.
Inqilab
Xəbəri paylaş