Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayın icra başçısı Bakıya təyinat alır?

Göyçayın icra başçısı Bakıya təyinat alır?


Newscenter.az.20.05.2019. Paytaxt rayonlarının birinə - Xətai rayonuna yeni icra başçısı təyinatı olacağı ilə bağlı məlumat yayılıb.

Məlumata görə, yaxın günlərdə Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Xətai rayonuna təyinat alacaq.

Göyçaydakı mənbələrdən verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır.

Belə ki, Göyçay RİH başçısının sürücüsü, eyni zamanda Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə də əmisinin yaxın zamanda Xətai rayonuna icra başçısı gedəcəyi ilə bağlı söhbətləri təsdiqləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O vaxtdan bu vəzifəyə təyinat olmayıb.

Sfera.az
Xəbəri paylaş