Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qırmız Körpü" gömrük postunun rəisi vətəndaşa qanunsuz müdaxilə etdiyi üçün işdən azad edilib

"Qırmız Körpü" gömrük postunun rəisi vətəndaşa qanunsuz müdaxilə etdiyi üçün işdən azad edilib


Newscenter.az.20.05.2019. Bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.
Xəbəri paylaş